Sentyabr ayından sonra Azərbaycan muğamları yeni layihə ilə təqdim olunacaq. Muğam Teatrının direktoru Arif Qazıyevin verdiyi məlumata görə, hazırda istirahətdə olsalar da, bəzən bir yerə toplaşıb, yeni bir layihəni müzakirə edirlər: “Layihə üzərində fikir mübadiləsi davam etdirilir. Yeni mövsümdən etibarən Azərbaycan muğamları tamaşaçılara arzu etdikləri bir formada təqdim ediləcək”.
   Azərbaycan muğamlarının səhnələşdirilməsi məsələsinə gəlincə, A.Qazıyev deyib ki, muğamların bəziləri səhnələşdirilsə də, bəzilərinin yalnız ssenarisi yazılıb: “Sadəcə, maliyyə probleminə görə həmin layihələr yarımçıq qalıb. Sponsor tapılan kimi həmin işlərə yekun vurulacaq”.