Bakının İslam Mədəniyyəti Paytaxtı elan olunması ilə əlaqədar Kainat və Gənclik Mərkəzi (KGM) yeni bir layihə hazırlayıb. Layihə "İslam Ölkələri Gənc (20-yaşınadək) Klassik Musiqi İfaçılarının Müsabiqəsi" adlanır. Müsabiqə üçün layihə Gənclər və İdman Nazirliyinə təqdim olunub və hazırda mərkəz GİN-dən cavab gözləyir. Müsabiqənin sentyabr-noyabr aylarında həyata keçiriləcəyini deyən mərkəz rəhbəri bildirib ki, burada islam ölkələrinin bir qismi - Azərbaycan, Türkmənistan, Türkiyə, Qazaxıstan, Tatarıstandan olan nümayəndələr iştirak edəcək.
Festivalda Misir, İran və bir çox ərəb ölkələrinin iştirakı da gözlənilir. Müsabiqədə 20 yaşınadək klassik skripka, viola, piano və bu kimi alətlərin ifaçıları iki nömrə ilə çıxış edəcəklər.
Müsabiqə iştirakçıları, həmçinin Azərbaycan bəstəkarlarının əsərlərini də ifa edəcəklər.