Dünyaşöhrətli dirijor, maestro Niyazinin ev-muzeyində klassik musiqi axşamı keçiriləcək. Bu barədə sözügedən muzeyin direktoru Rza Bayramov məlumat verib: “Bir ildən artıqdır ki, Niyazinin ev-muzeyində ənənə halını alan layihə həyata keçirilir. Burada klassik musiqi axşamı keçirilir. Biz muzey olaraq bu gecəni hər ayın birinci həftəsi qeyd edirik. Hazırda isə sentyabr ayında nəzərdə tutulan musiqi axşamına hazırlıqlar gedir. Gecədə çox gözəl musiqilərə üstünlük verilir. Həmçinin isə tanınmış sənətkarlar, musiqiçilər və bəstəkarlar qonağımız olur".