Avqustun 22-də Heydər Əliyev Fondunun dəstəyi, Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycan Musiqi Xadimləri İttifaqının təşkilatçılığı ilə Qəbələdə keçirilən Beynəlxalq Musiqi Festivalına yekun vurulub.
   Festivalın proqramına uyğun olaraq 10 gün ərzində dünyanın 15 ölkəsindən gəlmiş musiqi xadimləri və istedadlı gənc ifaçılar bacarıqlarını nümayiş etdiriblər.
   Bağlanış mərasimində Milli Məclisin deputatı Fəttah Heydərov, Azərbaycan Musiqi Xadimləri İttifaqının sədri, festivalın bədii rəhbəri Fərhad Bədəlbəyli, İsrailin ölkəmizdəki səfiri Mixail Lavon Lotemi çıxış ediblər.
   Festivalın bağlanış mərasimində İsrailin məşhur Simfonik Orkestrinin müşayiəti ilə solistlər Daniel və Aleksandr Qurfinkel (klarnet), Vyaçeslav Vaynorovski (tenor) və Boris Berezovski (piano) çıxış edib. Konserti tanınmış dirijor Dmitri Yablonski (ABŞ) idarə edib.
   Sonda musiqi bayramı münasibətilə atəşfəşanlıq olub.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar