Avqustun 25-də Səmərqənd şəhərində (Özbəkistan) VII "Şərq təranələri" Beynəlxalq Musiqi Festivalının açılış mərasimi olub. Bu il festivalda 60-dan artıq ölkənin nümayəndələri iştirak edir. Azərbaycanlı musiqiçilərin də bu festivalda iştirakı gözlənilir. Beynəlxalq Musiqi Festivalında bütün musiqilər canlı səslənir. 26-28 avqust tarixlərində konkurs konsertləri olacaq, 29 avqustda isə laureatların mükafatlandırılma və təntənəli bağlanış mərasimi olacaq.
   Festival çərçivəsində Qərbdə və Şərqdə ifaçılıq ənənələri məsələlərinə həsr olunan elmi-praktik konfransın keçirilməsi də nəzərdə tutulub.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar