Senyabrın 27-də Bülbül fondunda “Oxuyardı Bülbül... oxuyur Polad Bülbüloğlu” adlı Azərbaycan xalq mahnılarından ibarət yeni diskin təqdimatı keçirilmişdir.
   
   Azərbaycanın Rusiyadakı səfiri, xalq artisti Polad Bülbüloğlu bildirmişdir ki, peşəkar vokal sənətinin banisi, dahi müğənni Bülbülün ifasında səslənmiş 14 mahnı CD-də yeni oranjimanda işıq üzü görmüşdür. Yeni layihənin müəllifi kimi, o, bu mahnıları təzədən atasının üslubuna xas, amma özünəməxsus tərzdə musiqisevərlərə təqdim edir. Bu işdə Polad Bülbüloğluna Milli Konservatoriyanın rektoru, xalq artisti Səyavuş Kərimi yaxında kömək etmişdir.
   Bildirilmişdir ki, qırılmaz zəncirin haqlaları kimi nəsilləri bir-birinə bağlayan qədim xalq mahnıları indi bir CD-də toplanaraq, sanki dünəndən bu günə boylanır, Bülbül sülaləsinin ortaq sənət yoluna işıq tutur.
   Yeni layihə çərçivəsində işıq üzü görən CD-yə sənətşünas Elmira Əliyevanın “Unudulmaz nəğmələr, və ya oğul Poladdan ata Bülbülə könül dolusu sevgilərlə...” başlıqlı broşürü də əlavə olunmuşdur. Burada Polad Bülbüloğlunun yaradıcılığının müəyyən məqamları öz əksini tapmışdır.
   Vurğulanmışdır ki, “Palmalı” Şirkətlər Qrupunun sponsorluğu ilə hazırlanmış bu disk satış üçün nəzərdə tutulmamışdır. CD-dəki mahnılar yaxın vaxtlarda internet vasitəsilə bütün musiqisevərlərin ixtiyarına veriləcəkdir.
   Yeni yaradıcılıq yolundan söz açan Polad Bülbüloğlu demişdir ki, hazırda klassik xalq mahnılarını sinfonik orkestr üçün işləyir və artıq 7 mahnı hazırdır.
   Tədbirdə şıxış edən Siyavuş Kərimi, xalq artisti Arif Babayev və başqaları bildirmişlər ki, öz yaradıcılıq dəsti-xətti ilə Polad Bülbüloğlu XX əsr Azərbaycan musiqisinin görkəmli siması, məşhur bəstəkar Qara Qarayevin sənət məktəbini böyük qürur və uğurla təmsil etməkdədir.
   Tədbirdə Polad Bülbüloğlunun ifasında bir çox xalq mahnıları canlı olaraq səslənmişdir.
   Gecədə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev iştirak etmişdir.






Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar