Bu məsələyə Alim Qasımovun mətbuat xidmətinin rəhbəri aydınlıq gətirdi
   Bu yaxınlarda İspaniyadan səfərdən qayıdaraq mətbuata açıqlama verən xalq artistləri Aygün Bayramova və Mənsum İbrahimov bu ölkədə konsert verən ilk azərbaycanlı olduqlarını dilə gətiriblər.
   Dünən redaksiyamıza zəng edən xalq artisti Alim Qasımovun mətbuat katibi Səadət Möhübova xəbərdə yanlışlıq olduğunu bildirdi. Qeyd etdi ki, A.Qasımov hələ 1996-cı il dekabrın 10-da İspaniyanın böyük tamaşa salonunda çıxış edib: "Həmin vaxt bir tamaşaçı səhnəyə çıxaraq bildirib ki, bu adam hər kimdirsə, "filaminqo"nun əl-qolunu arxadan çalın-çarpaz bağladı. Həmin ildən bəri A.Qasımov hər il İspaniyada keçirilən festivallara qatılır. Görünür, hörmətli müğənnilərimiz bu barədə məlumatsızdırlar".







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar