Onu Sumqayıtda hamı tanıyır. Yaşı yetmişi haqlasa da, Sumqayıtda elə bir tədbir olmayıb ki, Aşıq Əli orada iştirak etməsin. Səsi-sorağı çox vaxt radiodan, televiziyadan gəlir, gənc aşıqların müsaqibəsində isə, adətən, münsiflər heyətində əyləşir. Bir sözlə, Sumqayıtda tanınır və sayılır. Çünki 50 ildən çoxdur ki, sinəsində sədəfli sazı el şənliklərində, dövlət tədbirlərində çalıb-çağırır.
   
   Aşıq Əli İsmayıllı Şirvan bölgəsində dünyaya gəlsə də, ömür-gününü Sumqayıta bağlayıb. Sumqayıtda çoxları onu görəndə belə deyir: - «Mənim toyumu o edib» Özünün dediyinə görə, Şirvan aşıqlarından Dədə Şamil, Aşıq Şakir, Aşıq Pənah, Aşıq Məmmədağa, Aşıq Bəylər, Qurbanxan və başqaları bu sənətdə onun idealı olmuş, onlardan çox şey öyrənmişdir. İndi də ustad aşıqların səsləri yazılmış lentləri ən qiymətli bir hədiyyə kimi saxlayır.
   «Şirvan şikəstəsi», «Şəşəngi», «Ordubadı», «Döymə Kərəmi» və s. aşıq havaları onun repertuarının əsasını təşkil edir.
   1981- ci ildə Sumqayıt nümayəndə heyətinin tərkibində, Almaniya, Rumıniya və digər xarici ölkələrdə olarkən ifa etdiyi el havaları ona böyük hüsn-rəğbət qazandırmışdır.
   Aşıq Əli İsmayıllı yaradıcı aşıqdır. Çalıb-oxuduğu aşıq mahnılarının əksəriyyətinin sözləri onun özünə məxsusdur.
   Onun «İlahinin qüdrətindən», «Çırpınan ürək» kitabları oxucular tərəfindən rəğbətlə qarşılanmışdır.
   1998-ci ildə ulu öndər, xalqımızın ümummilli lideri Heydər Əliyevə həsr edilmiş «Tale ulduzu » adlı üçüncü kitabı ona şan-şöhrət gətirmişdir.
   
   İbrahim Abdullayev







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar