Azərbaycanın xalq artistləri, Dövlət Akademik Opera və Balet Teatrının solistləri Mənsum İbrahimov və Aygün Bayramova Londonda iki gün konsert ilə çıxış edəcəklər. Bu barədə Mənsum İbrahimov məlumat verib. Onun sözlərinə görə, konsertlər noyabrın 21-də və 22-də olacaq.
   Xalq artistləri ilə yanaşı, konsertlərdə gənc muğam ifaçısı Elməddin İbrahimov da çıxış edəcək. Xanəndələri musiqiçilər Elçin Həşimov və Elnur Əhmədov müşayiət edəcəklər. Noyabrın 22-də keçiriləcək ikinci konsertdə isə xanəndələr London orkestrinin müşayiəti ilə oxuyacaqlar. Orkestri əməkdar incəsənət xadimi, dirijor Yalçın Adıgözəlzadə idarə edəcək.
   Londonun böyük konsert zallarından birində təşkil olunacaq iki günlük proqramda Vasif Adıgözəlovun “Qarabağ şikəstəsi” oratoriyası da səslənəcək. Konsertlərə cazmen Salman Qəmbərovun rəhbərlik etdiyi “Bakustik caz” qrupu da qatılacaq.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar