Azərbaycanlı pianoçu Murad Hüseynov Moskvada keçirilən “Art novomber” beynəlxalq incəsənət festivalı çərçivəsində iki gün konsert proqramı ilə çıxış edib. Konsert Moskvanın “Buta” incəsənət mərkəzi tərəfindən təşkil edilib. Noyabrın 14-də keçirilən birinci solo-konsert Moskvada yerləşən Marina Svetayevanın ev-muzeyində baş tutub. Konsertdə pianoçu Azərbaycan, Rusiya və Fransa bəstəkarlarının, o cümlədən Qara Qarayev, Tofiq Quliyev, Kold Debüssi, Moris Ravel, Frensis Pulenk və Sergey Raxmaninovun əsərlərini ifa edib. Murad Hüseynovun növbəti konserti isə noyabrın 16-da Moskva Beynəlxalq Musiqi Evinin kamera zalında təşkil olunub. Pianoçu burada «Yeni rus kvarteti» ilə birgə Şubert və Bramsın əsərlərini ifa edib. «Buta» incəsənət mərkəzi tərəfindən 2004-cü ildən həyata keçirilən missiyanın məqsədi Azərbaycan mədəniyyətinə dəstək vermək, onu populyarlaşdırmaq, həmçinin qlobal səviyyədə beynəlxalq art layihələri inkişaf etdirməkdir.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar