Bəstəkarlar İttifaqının 75 illik yubileyinə həsr edilmiş festival başa çatdı.
   Festival bəstəkarlar və musiqişünaslar qarşısında yeni vəzifələr qoydu. Bir çox gənc bəstəkar-dirijorlara böyük imkanlar yaratmaqla,onlara özünü təsdiq etmək şansı verməklə, məsuliyyətlərini qat-qat artırdı. İlk dəfə festivalda əsərlərinin səslənməsi bir çox müəllifləri ilhamlandırdı...
   Festivalın sonuncu günü səhər saatlarında, ittifaqın binasında “Gənclər avanqardda” devizi ilə gənc bəstəkarların əsərlərindən ibarət konsertin müzakirəsi keçirildi. İfa olunmuş əsərlər təhlil olundu.
   Axşam Filarmoniyada yubileyin təntənəli bağlanış konserti oldu. Giriş sözü ilə Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə çıxış edərək, sözü iş qonaqlardan biri olan Qazaxıstan Respublikası Bəstəkarlar İttifaqının sədrinə verdi. Qonaq hamını təbrik edərək uğurlar arzuladı.
   İlk səslənən əsər naxçıvanlı bəstəkar Kamal Əhmədovun birhissəli “Cavid” simfoniyası idi. Əsər Azərbaycan xalqının böyük şairi Hüseyn Cavidə həsr olunmuşdu.Daha sonra Moldova bəstəkarı Gennadi Çobanunun “Quşlar və sular” baletindən simfonik lövhə səsləndi. Müasir yazı texnikasına əsaslanan, mürəkkəb intonasiyalı quruluşa, orijinal formaya, qeyri-sabit ölçü və ritmə malik olan əsərə dirijorluq etmək çətin məsələ olsa da, maestro Fəxrəddin Kərimov işin öhdəsindən bacarıqla gəldi.
   Gənc bəstəkar Rüfət Xəlilovun əsəri mükafata layiq ğörüldü. Əsər ilk dəfə səsləndirilirdi.
   Ukraynalı bəstəkar İqor Şerbakovun piano və simfonik orkestr üçün müasir üslubda yazdığı əsər və alqışlarla qarşılandı.
    Qardaş Türkiyədə yaşayıb-yaradan Ağadadaş Dadaşovun simfonik orkestr üçün yazdığı əsər maraqla dinlənildi.
   Konsert hamımızın dəfələrlə zövqlə dinlədiyimiz,böyük bəstəkarımız, musiqimizin klassiki Fikrət Əmirovun “Azərbaycan kapriççiosu” əsəri yekunlaşdırdı. Bununla da Bəstəkarlar İttifaqının 75 illiyinə həsr olunan yubiley festivalı başa çatdı.
   
   Şahin Qarayev,
   musiqişünas






Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar