Noyabrın 20-də R.Behbudov adına Mahnı Teatrında Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi və Bakı Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsi “Bakı gecələri” estrada mahnı müsabiqəsinin final mərhələsini keçirdi. Qeyd edək ki, müsabiqəyə təqdim olunmuş 60-dan yuxarı mahnıdan 25-i final mərhələsinə vəsiqə qazanıb. Müsabiqədə mahnı müəlliflərinin qiymətləndirilməsi məsələsi olsa da, ifaçılar bacarıqlarını nümayiş etdirmək şansını qazandılar.
   Münsiflər heyətinə respublikanın xalq artisti Mübariz Tağıyev, bəstəkar Oqtay Rəcəbov, əməkdar artist Azad Şükürov, “Ulduz” jurnalının redaktor müavini Qulu Ağsəs, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Dövlət əhəmiyyətli tədbirlər və gənclərlə iş sektorunun müdiri Mənzər Nurəliyeva daxil idi.
   25 mahnıdan 18-i, dekabrın 24-də Heydər Əliyev Sarayında keçiriləcək qala-konsertə vəsiqə qazandı. Qala konsertdə “Ən yaxşı bəstəkar”, “Ən yaxşı şair”, “Ən yaxşı aranjiman”, “Ən yaxşı ifa” nominasiyaları üzrə hərəsindən 3 mahnı mükafatlandırılacaq. Bir mahnı isə Qran-Pri mükafatına layiq görüləcək.
   Qeyd edək ki, “Bakı gecələri” II estrada mahnı müsabiqəsi Azərbaycanın beynəlxalq müsabiqələrdə yüksək səviyyədə təmsil olunması, mahnı müəlliflərinin yaradıcılıq fəaliyyətinin inkişaf etdirilməsi, estrada ifaçılarının bədii-peşəkar hazırlıqlarının təkmilləşdirilməsi və estrada mahnı janrının inkişafı məqsədi ilə keçirilir. 

   Turan







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar