Azərbaycan Bəstəkarlar İttifaqının 75 illiyi ilə əlaqədar olaraq bu ilin iyun ayında tanınmış bəstəkar, əməkdar incəsənət xadimi Azər Dadaşovun fortepiano əsərlərinin ən yaxşı ifaçısı üzrə elan etdiyi müsabiqənin ilk turuna start verilib. Bakı və Sumqayıt şəhərlərinin uşaq və orta ixtisas musiqi məktəblərinin, musiqi kolleclərinin tələbələrinin iştirak etdiyi müsabiqənin ilk turu dekabrın 15-dən 18-dək keçiriləcək. Azərbaycanda uşaq, yeniyetmə və gənclər arasında musiqi sənətinə həvəsin artırılması, musiqi zövqünün formalaşması, müasir Azərbaycan bəstəkarlarının uşaqlar üçün yaratdıqları əsərlərin təbliği, fortepiano üzrə təhsil alan şagirdlərin repertuarının yeniləşməsi, xüsusi istedada malik uşaq və gənclərin aşkara çıxarılması məqsədilə, yaşı 1991-ci il təvəllüdündən böyük olmayan ifaçılar arasında keçiriləcək müsabiqə 3 mərhələdən ibarət olacaq.
Müsabiqənin münsiflər heyəti Bəstəkar İttifaqının üzvləri, Bakı Musiqi Akademiyasının professorlarından təşkil ediləcək.
Qeyd edək ki, müsabiqənin nəticələri üzrə xüsusi disk buraxılacaq. Diskə müsabiqə qaliblərinin, habelə II mərhələdə fərqlənən iştirakçıların ifasında Azər Dadaşovun fortepiano pyesləri yazılacaq.