Türkiyə Mədəniyyət və Turizm Nazirliyi Opera və Balet Baş İdarəsinin dəvəti ilə Ankaraya gəlmiş Azərbaycanın xalq artisti, bəstəkar Arif Məlikov TÜRKSOY-un baş ofisində keçirdiyi görüşdə ulu öndərimiz, türk dünyasının dahi şəxsiyyəti Heydər Əliyevə həsr etdiyi 8-ci simfoniyasının diskini təşkilatın baş direktorunun müavini Fırat Purtaşa təqdim edib.
   Arif Məlikov TÜRKSOY-un son illərdə opera və balet sənətinin təbliği istiqamətindəki fəaliyyətini yüksək qiymətləndirib. Bəstəkar yaradıcılığı barədə məlumat vermiş, ulu öndərlə bağlı xatirələrini bölüşüb.
   Fırat Purtaş türk dünyasının görkəmli musiqi xadimlərindən biri olan bəstəkarımıza məzmunlu və maraqlı söhbət üçün təşəkkür etmiş, xatirə hədiyyəsi təqdim edib.
   







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar