Gənc muğam ifaçılarının respublika müsabiqəsinin qalibləri fevralın 3-də Hüseyn Ərəblinski adına Sumqayıt Dövlət Musiqili Dram Teatrının səhnəsinə sahiblik ediblər. Gənc xanəndələrin çıxışları Mədəniyyət və Turizm Nazirliyinin Gənclər Günü münasibətilə Sumqayıtda təşkil etdiyi silsilə tədbirlər çərçivəsində olub. Konsertdə Sumqayıt Musiqi Texnikumunun ikinci kurs tələbəsi Anar Quliyev, habelə respublika müsabiqəsinin qalibləri və mükafatçıları Abgül Mirzəliyev, Rəvan Ərəbov, İlkin Əhmədov, Arzu Əliyeva və Babək Niftəliyev çıxış ediblər. Muğam ifaçıları sumqayıtlılara gözəl əhval-ruhiyyə bəxş ediblər. Tamaşaçılar istedadlı gənclərin məharətlə ifa etdikləri ecazkar musiqi dünyasına, xalqımızın misilsiz sərvəti olan muğam aləminə qonaq olublar. Sonda iştirakçıların birgə ifa etdikləri “Qarabağ şikəstəsi” tamaşaçıları riqqətə gətirib. Tərzən Sahib Paşazadənin və kamançaçalan Toğrul Əsədullayevin müşayiəti öz istedadlarını nümayiş etdirməkdə gənc solo ifaçılara kömək edib. Sumqayıtlılar gənc xanəndələrin çıxışlarını alqışlar və çiçək dəstələri ilə qarşılayıblar.






Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar