Bu ilin mayında Norveçin paytaxtı Osloda keçiriləcək “Eurovision-2010” mahnı müsabiqəsində Azərbaycanı təmsil etmək iddiasında olan və milli finala vəsiqə qazanan üç namizəd “Milk&Kisses” qrupu, Səfurə Əlizadə və Məryəm Şabanova bir həftə müddətində Ukraynanın paytaxtı Kiyev şəhərində olublar.
   Dünən gecə Bakıya qayıdan namizədlər bu müddətdə “Eurovision-2010” müsabiqəsində Azərbaycan təmsilçisinin ifa etməsi üçün əcnəbi bəstəkarlar tərəfindən təqdim olunmuş mahnıları lentə aldırıblar. Hər üç namizəd əcnəbi bəstəkarların təqdim etdiyi mahnılar arasından seçilən beş mahnı ifa edib. Məhz bu beş mahnıdan biri Azərbaycan təmsilçisi tərəfindən Osloda ifa olunacaq. Onlar səfər çərçivəsində rəqs, ifa, ingilis dili ilə bağlı hazırlıq kursları da keçiblər. Eyni zamanda namizədlərin Kiyevdə xüsusi fotosessiyası da hazırlanıb. Qeyd edək ki, bu beş mahnıdan birini və üç namizəd arasından həmin mahnının ən yaxşı ifaçısını milli münsiflər heyəti təyin edəcək.
   Əlavə edək ki, namizədlərin Kiyevdə lentə yazdırdıqları beş mahnının müəlliflərinin adı hələlik açıqlanmır.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar