Uzun sürən mübarizə və gərginlikdən sonra Azərbaycanı “Eurovision-2010” mahnı müsabiqəsində təmsil edəcək şəxs seçildi. Seçim turunda qalib gəlmiş Səfurə Əlizadə hazırlıq məqsədi ilə sabah İsveçə gedəcək. Müsabiqənin Azərbaycan üzrə nümayəndə heyətinin rəhbəri Adil Kərimlinin sözlərinə görə, artıq sabahdan Səfurə Əlizadə hazırlığa başlayır. Qeyd edək ki, təmsilçimizin mahnı yazılışı İsveçdə aparılacaq. S. Əlizadənin digər hazırlıq işlərinin isə Ukraynada həyata keçiriləcəyi gözlənilir. Nümayəndə heyətinin rəhbəri onu da bildirib ki, hər il olduğu kimi, bu il də müsabiqədə yüksək səviyyədə təmsil olunmaq üçün ən yaxşı şirkətlərlə əməkdaşlıq edəcəyik: «Sabahdan bu əməkdaşlıq başlayacaq və Səfurə ən yüksək səviyyədə müsabiqəyə hazırlanacaq». Xatırladaq ki, “Eurovision-2010” mahnı müsabiqəsi mayda İsveçin Oslo şəhərində keçiriləcək.
   







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar