Azərbaycanlı musiqiçilər Avstraliyada keçirilən "Womad Delaibe" festivalında iştirak ediblər. Qrupun solisti xanəndə, ötən il Səmərqənddə keçirilən "Şərq təranələri" müsabiqəsinin qalibi Qoçaq Əsgərovun dediyinə görə, musiqiçilər hazırda Yeni Zellandiyada səfərdədir. Səfərdə 5 nəfərdən ibarət “Turan” milli musiqi qrupu və YUNESKO-nun eksperti, musiqişünas Sənubər Bağırova iştirak edir. Festival Avstraliyanın Adelayb şəhərində keçirilib. Yarışmaya dünyanın müxtəlif ölkələrindən 500 nəfərdən çox tanınmış musiqiçi qatılıblar. Q. Əsgərovun sözlərinə görə, festival iki günlük konsert, bir seminar və qala konsertlə başa çatıb. Musiqiçilərimiz konsertlərdə geniş proqramla çıxış ediblər: «All star Qala» konsertində məhz bizə iki dəfə çıxış etmək imkanı verildi və proqrama bizim ifamızla yekun vuruldu. Festivalda dünyaşöhrətli hindistanlı musiqiçi Ravi Şankar və avstriyalı kamança ifaçısı Ross Deli ilə eyni səhnəni bölüşdük. Eyni zamanda Madonnanı müşayiət edən məşhur musiqiçilər də həmin festivalda idi və bizim qrupla onların musiqiçilərinin yaxın dostluq münasibəti yarandı”.
   Yeni Zellandiyada səfərdə olan musiqiçilərimiz bu gün Taranaki şəhərində keçiriləcək “Womad New Zealand” festivalına qatılacaqlar. Həmyerlilərimizin çıxışı ilə yanaşı, seminarda iştirakı da nəzərdə tutulub. Xatırladaq ki, "Turan" qrupunda Qoçaq Əsgərovla yanaşı, Əməkdar artist, tarzən Malik Mansurov, kamança ifaçısı Elnur Mikayılov, nağara ifaçısı Şükür Əliyev və balaban ifaçısı Şirzad Fətəliyev çıxış edirlər.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar