Mahnı müsabiqəsi qapalı idman-konsert kompleksi "Telenor Arena"da keçiriləcək
   
   “Eurovision - 2010” mahnı müsabiqəsində iştirak edəcək ölkələrin siyahısı açıqlanıb. Siyahıda 39 ölkənin adı var - Azərbaycan, Albaniya, Almaniya, Belarus, Belçika, Bolqarıstan, Bosniya və Herseqovina, Böyük Britaniya, Yunanıstan, Gürcüstan, Danimarka, İsrail, İrlandiya, İslandiya, İspaniya, İsveçrə, İsveç, Estoniya, Ermənistan, Kipr, Latviya, Litva, Makedoniya, Malta, Moldova, Niderland, Norveç, Polşa, Portuqaliya, Rusiya, Rumıniya, Serbiya, Slovakiya, Sloveniya, Türkiyə, Ukrayna, Finlandiya, Fransa, Xorvatiya. Qeyd edək ki, Norveçin paytaxtı Osloda keçiriləcək "Eurovision - 2010" mahnı müsabiqəsi Şimali Avropanın nəhəng qapalı idman-konsert komplekslərindən biri olan “Telenor Arena”da baş tutacaq. Skandinaviyanın ən nəhəng idman kompleksinin 23 mindən artıq tamaşaçı qəbul etmək imkanı var. Müsabiqənin nümayişinin təşkilatçısı NRK kanalı olacaq. “Eurovision - 2010” mahnı müsabiqəsinin aparıcıları - Norveçin məşhur teleaparıcıları Erik Solbakken və Haddi Hyijen olacaqlar.   

   Yarışmada dəyişikliklər olacaq
   
   Avropa Yayım Şurası müsabiqənin formatında bəzi dəyişikliklər planlaşdırıb.
   «Eurovision»TV-nin məlumatına əsasən, Avropa Yayım Şurası müsabiqənin formatında bəzi dəyişikliklər planlaşdırıb. Dəyişikliklərin artıq Norveçdə tətbiq ediləcəyi istisna edilmir. Belə ki, əvvəllər ancaq bütün iştirakçıların çıxışından sonra 15 dəqiqə ərzində səsvermə mümkün idisə, dəyişikliklərə əsasən, bu dəfə tamaşaçılar bütün mahnılar ifa edildikdən sonra deyil, müsabiqənin nümayişinin tam gedişatında səs verə biləcəklər. Bunun xaricində isə canlı orkestrin minus-fonoqram ilə əvəz olunmasının qadağan olunub-olunmayacağı müzakirə olunacaq.
   Teleprodüser və "Eurovision”un icraçı direktoru Svante Stokselius bildirib ki, müsabiqənin yarımfinal mərhələlərində iştirakçıların ümumi balları tamaşaçı səsləri və peşəkar münsiflər heyətinin verdiyi qiymətlərlə hesablanacaq. Qeyd edək ki, ötən il belə qiymətləndirmə yalnız finalda tətbiq edilmişdi. Belə olduqda isə münsiflər heyəti mahnıları bir neçə dəfə dinləyə və onlarla daha dərindən tanış ola biləcəklər. Bu cür yeniliklər bütün tamaşaçı səslərinin nəzərə alınması və bəzi ölkələrin səslərinin qısa müddət ərzində hesablanmasının texniki cəhətdən mümkün olması ilə izah edilir.
   Norveç müsabiqəyə 17 milyon avro xərcləməyi planlaşdırıb.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar