«Moskvada Rostropoviç həftəsi» I Beynəlxalq festival iki dahi musiqiçinin dostluğundan bəhs edən «Nəhənglərin dostluğu. Rostropoviç və Şostakoviç» filminin nümayişi ilə başlayıb. Azərbaycanlı rejissor Mehdi Məmmədovun müəllifi olduğu film Qalina Vişnevskayanın Opera Sənəti Mərkəzində təqdim edilib. Filmin təqdimatı barədə Rusiyanın «Kultura» telekanalında geniş süjet nümayiş etdirilib.
   
   Filmin nümayişindən əvvəl festivalın bədii rəhbəri, maestronun qızı Olqa Rostropoviç filmin müəllifini salona toplaşanlara təqdim edib: «Mehdi hələ uşaq yaşlarından atamı çox sevirmiş. Saf uşaq vurğunluğu ilə atamdan əl çəkmirdi. Onun inadkarlığı, sevgisi sayəsində bu misilsiz kadrlar bu gün bizim əlimizdədir».
   Filmin çəkilişləri 2006-cı ildə Bakıda, Dmitri Şostakoviçin yüz illiyinə həsr olunmuş beynəlxalq festival günlərində aparılıb. Mehdi Məmmədov Mstislav Rostropoçivi dilə tuturaq onun bütün məşqlərinin lentə köçürülməsinə icazə alıb. Nəticədə otuz saatdan artıq nadir videomaterial maestrodan yadigar qalıb. Hər gün səhər saat 10-dan gündüz saat 2-dək orkestrlə məşq edən maestronun monoloqu da belə gərgin məşqdən sonra lentə alınıb. Tale elə gətirib ki, həmin lent, monoloq görkəmli həmyerlimizin son çəkilişləri olub.
   Rostropoviçlə birlikdə bu filmin necə olacağını müzakirə edən rejissor, təqdimat mərasimində etiraf edib ki, maestronun vəfatından sonra bu film üzərində çalışmaq ona çox çətin olub. Bu səbəbdən «Nəhənglərin dostluğu. Rostropoviç və Şostakoviç» filmi üzərində böyük yaradıcılıq işinin başa çatması bir neçə il ləngiyib.
   Yəqin ki, belə bir çətin mövzuda sənədli film çəkmiş rejissorun kimliyi bizim oxucularımızı da maraqlandırır. Görkəmli Azərbaycan teatr rejissorunun tam adaşı olan Mehdi Məmmədov konservatoriyanı dirijorluq ixtisası üzrə bitirib. İki musiqi nəhəngi haqqında film çəkənədək art-çarxlar çəkməklə məşğul olub. «Nəhənglərin dostluğu. Rostropoviç və Şostakoviç» onun sənədli kinoda debütüdür.
   
   Gülcahan Mirməmməd







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar