Moskvadakı Qlinka adına Dövlət Mərkəzi Musiqi Mədəniyyəti Muzeyində Azərbaycan səfirliyinin və Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin təşkilatçılığı ilə Azərbaycan muğamı gecəsi keçirilib. Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, Heydər Əliyev Fondunun RF nümayəndəliyinin başçısı Leyla Əliyeva, habelə çoxsaylı qonaqlar ilk olaraq rəngarəng xalılardan, milli geyimlərdən, musiqi alətlərindən, Azərbaycan muğamının tarixini və müasir vəziyyətini əks etdirən kitablardan ibarət sərgiyə maraqla tamaşa ediblər.
   
   Mərasimdə çıxış edən Rusiya Mədəniyyət nazirinin müavini Andrey Busıgin Azərbaycan musiqi mədəniyyəti incilərini Moskvada təqdim edən bu tədbirin maraqlı hadisə olduğunu deyib.
   Heydər Əliyev Fondunun Moskva nümayəndəliyinin başçısı Leyla Əliyeva tədbirin təşkilatçılarına, qonaqlara, habelə Dövlət Mərkəzi Musiqi Mədəniyyəti Muzeyinin rəhbərliyinə minnətdarlığını bildirib. O, muğamın Azərbaycan xalqının sərvəti olduğunu və onun köklərinin çoxəsrlik tarixə gedib çıxdığını tədbir iştirakçılarının diqqətinə çatdırıb: «Muğam həmişə Azərbaycanın incisi olmuşdur. Azərbaycan xalqı muğamı həmişə sevmiş və qiymətləndirmişdir. Bizim üçün muğam bir növ genetik koddur. O, dilimiz, incəsənətimiz və ədəbiyyatımızla yanaşı durur. Muğam özündə bir çox yeni musiqi janrlarını - muğam operasını, caz muğamı və s. təcəssüm etdirir. Azərbaycan mədəniyyətinin Üzeyir Hacıbəyli, Niyazi, Vaqif Mustafazadə kimi böyük xadimlərinin adları muğamla bağlıdır. Sevindirici haldır ki, son illər getdikcə daha çox gənc muğamı öyrənməyə meyil edir, yeni-yeni istedadlı muğam ifaçıları ortaya çıxır».
   Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Rusiya Mədəniyyət Nazirliyinə, Qlinka adına Dövlət Mərkəzi Musiqi Mədəniyyəti Muzeyinin və Heydər Əliyev Fondunun rəhbərliyinə minnətdarlığını bildirərək Leyla Əliyevanın əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş ənənələri davam etdirdiyini deyib. Səfir məhz Heydər Əliyevin hakimiyyəti dövründə muğamın UNESCO-nun Qeyri-Maddi Mədəni İrs siyahısına salındığını, bu ənənənin Prezident İlham Əliyev, eləcə də UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva tərəfindən davam etdirdiyini diqqətə çatdırıb. Sonra Azərbaycan muğamının tarixi və müasir vəziyyəti haqqında sənədli film nümayiş etdirilib, Bakıda keçirilmiş beynəlxalq muğam müsabiqəsinin qaliblərinin və laureatlarının iştirakı ilə konsert olub.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar