Aprelin 7-də Mədəniyyət və Turizm Nazirliyinin xətti ilə Ağcabədi şəhərindəki Qarabağ Muğam Mərkəzində Uşaq musiqi və incəsənət məktəblərinin xor kollektivlərinin II Respublika baxışı keçirilib. Bu haqda qəzetimizə məlumat verən nazirliyin Elm və Təhsil şöbəsinin müdiri Yaşar Əliyevin sözlərinə görə, baxışda Ağcabədi, Ağdam, Ucar, Zərdab, İmişli, Kürdəmir, Füzuli və Beyləqan rayonlarının uşaq musiqi və incəsənət məktəblərinin xor kollektivləri iştirak edir. Xor kollektivlərinin repertuarına müxtəlif xarakterli, iki və daha çox səsli əsərlər, o cümlədən bir əsər akapella, klassik dünya musiqisi nümunələri, Azərbaycan bəstəkarlarının əsərləri və xalq mahnıları daxildir.
   Uşaq musiqi və incəsənət məktəblərinin xor kollektivlərinin II Respublika baxışı, eyni zamanda, zonalar üzrə Bakı, Gəncə, Lənkəran, Naxçıvan, Sumqayıt, Şəki, Şirvan, Mingəçevir şəhərlərində də keçirilir. Baxışın keçirilməsində məqsəd uşaq musiqi və incəsənət məktəblərində xor fənninin tədrisinin səviyyəsinin yüksəldilməsi, uşaqlarda kiçik yaşlarından xor sənətinə maraq oyadılması, xormeysterlərin yaradıcılıq fəaliyyətinin fəallaşdırılmasıdır. Baxışa respublika üzrə 180 məktəbdən 10 minə yaxın şagird cəlb olunub.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar