Mayın 2-də Azərbaycanda tanınmış rok qruplarının konserti keçiriləcək. “Bakı küləyi” adlı Azərbaycanın Gənclər Təşkilatları Milli Şurasının Mədəniyyət Departamenti, “Bizim Gənclik” İctimai Birliyinin və “Bakı küləyi” şirkətinin birgə təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə baş tutacaq. 
   “Bakı küləyi” şirkətinin sədri Babək Əliyevin verdiyi məlumata görə, konsertdə Azərbaycanın “Milk&Kisses”, “Meridian” və “Milan” qrupları iştirak edəcək. “Landrmark” hotelinin “Rotunda” konsert zalında keçiriləcək rok konsert üç saat davam edəcək: “Konsertdə roksevərlərə unudulmaz bir gün vəd edirik. Əsasən azərbaycandilli mahnılara üstünlük veriləcək. “Milk&Kisses” qrupu “Black Garaj” qrupunun müşayiəti ilə “Unformal”ın mahnıları da ifa edəcəklər. Digər iki qrupun ifasında rokla xalq mahnılarının sintezi səslənəcək”. Təşkilatçının dediyinə görə, aprelin 15-dən biletlər satışda olacaq. Konsertin biletlərini “Atom Fastfood”, “Yarasa” və “Crazy” mağazalarından əldə etmək olar.






Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar