Aprelin 16-də Rusiya Dövlət Kreml Sarayında (DKS) “Min bir gecə” baletinin premyerası olacaq.
   Görkəmli Azərbaycan bəstəkarı, SSRİ Xalq artisti Fikrət Əmirovun 1979-cu ildə yazdığı əsərin librettosu Azərbaycanın Xalq yazıçıları Rüstəm və Maqsud İbrahimbəyovlara məxsusdur.
   “Min bir gecə” Rusiyanın müxtəlif teatrlarında nümayiş etdirilmişdir. Lakin bu misilsiz musiqi əsəri Moskvada ilk dəfə səhnələşdirilir.
   “Kremlovski balet” teatrı 20 illiyi ərəfəsində pərəstişkarlarına belə gözəl hədiyyə etməyi qərara almışdır. Tamaşanın quruluşçu xoreoqrafı teatrın bədii rəhbəri, Rusiyanın Xalq artisti Andrey Petrovdur. Əsas partiyaları tamaşaçıların sevimli balet ustaları - Natalya Balaxniçeva, Kristina Kretova, Aleksandr Timofeyev, Mixail Martınyuk və digərləri ifa edəcəklər.
   Səhnə quruluşunu görkəmli Azərbaycan rəssamı, SSRİ Xalq rəssamı Tahir Salahov vermişdir. Tamaşa Azərbaycan Mədəniyyət Nazirliyinin dəstəyi ilə ərsəyə gəlmişdir.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar