Britaniyalı bukmekerlər bu ilin mayında Norveçin paytaxtı Oslo şəhərində keçiriləcək “Eurovision-2010” mahni müsabiqəsinin qalibləri barədə şəxsi mülahizələrini açıqlayıblar.
   Onların proqnozlarına görə, builki müsabiqədə qələbə 17 yaşlı Səfurə Əlizadənin təmsil etdiyi Azərbaycana nəsib olacaq. Səfurənin ifa etdiyi romantik “Drip Drop” hitinin lentə alınması və hazırlanması ilə nüfuzlu “Qremmi” mükafatının laureatı Niklas Fliktin rəhbərlik etdiyi prodüserlər komandası məşğul olub. Azərbaycan təmsilçisi mayın 27-də keçiriləcək yarımfinalda yeddi nömrə altında çıxış edəcək.
   Britaniyalıların proqnozuna görə, Rusiya, Ukrayna və Belarus təmsilçilərinin qətiyyən qalib gəlmək şansları yoxdur. Liderlər üçlüyünə Azərbaycan, İsrail və Norveç daxildir.
   Qeyd edək ki, Britaniya bukmekerləri əvvəlki illərdə yekdilliklə Dima Bilanın və Aleksandr Rıbakın qalib gələcəyini bildirmişdilər.






Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar