Aprelin 23-də Dövlət Filarmoniyasının zalında Ə.Bədəlbəyli adına 23 saylı 11 illik Uşaq Musiqi Məktəbinin konserti oldu. Konsertdə Üzeyir Hacıbəyli adına Dövlət Simfonik Orkestri, dirijor Azərbaycanın Əməkdar incəsənət xadimi Fəxrəddin Kərimov iştirak edirdi. Proqramda Azər Rzayev, Vasif Adıgözəlov və başqa bəstəkarların yaradıcılığından musiqi parçaları səsləndi.
   Aprelin 24-də isə Dövlət Filarmoniyasında Fikrət Əmirov adına 6 N-li onbirillik Uşaq İncəsənət Məktəbinin “Hesabat” konserti keçirildi.
   Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin müşayiəti ilə keçirilən konsert proqramında şagirdlər Vasif Adıgözəlovun “Laylay”, Niyazinin “Arzu”, Fərhad Bədəlbəylinin “Ave Mariya”, Ələkbər Tağıyevin “Bakı gecələri”, Səid Rüstəmovun “Alagöz”, P.İ.Çaykovskinin “Melodiya” və digər bəstəkarlardan musiqi parçaları ifa etdilər.






Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar