Azərbaycanı “Eurovision-2010” mahnı müsabiqəsində təmsil edəcək Səfurə Əlizadənin ifa etdiyi “Drip drop” mahnısının klipi aprelin 29-da ilk dəfə nümayiş olunub. Klip artıq İTV-nin rəsmi internet saytında yerləşdirilib. Ukraynada çəkilişləri aparılan bu klipdə dünyanın ən tanınmış mütəxəssisləri iştirak ediblər. “Drip drop” mahnısının müəllifləri isveçli Anders Bagge, Stefan Örn və Sandra Bjurmandır. Tanınmış prodüser Niklas Flikt isə bu mahnını aranjiman etməklə yanaşı, həm də prodüseridir. Səfurə Əlizadənin xoreoqrafı JaGuel Nayt, stilisti Tanya Cilldir. Hər üç peşəkar İTV, “Euromedia” və “Luxen Group of Companies” tərəfindən dəvət olunublar. Klipin süjeti qarşılıqsız sevgi üzərində qurulub. Səfurə Əlizadəni ukraynalı rəqqaslar müşayiət ediblər. Klipin çəkilişi ümumilikdə 37 saat davam edib.
   Mütəxəssislər təqdim olunmuş klipi yüksək qiymətləndirərək, onun beynəlxalq standartlara uyğun çəkildiyini qeyd ediblər. Klipin yaxın müddətdə bir sıra ölkələrin telekanallarında nümayişi nəzərdə tutulub.
   Qeyd edək ki, Azərbaycan təmsilçisi Səfurə Əlizadə “Eurovision-2010” mahnı müsabiqəsinin mayın 27-də keçiriləcək II yarımfinalında çıxış edəcək, 16 ölkə təmsilçisi ilə birgə finala çıxmaq uğrunda mübarizə aparacaq. 
   






Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar