Polşa Respublikasının Azərbaycandakı səfirliyi və Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi 11-13 may tarixlərində Friderik Şopen adına gənc pianoçuların festivalını keçirəcək. Festival dahi Polşa bəstəkarı Friderik Şopenin anadan olmasının 200 illik yubileyinə həsr olunub. Tədbirdə Bakı şəhər uşaq musiqi və incəsənət məktəblərinin şagirdləri iştirak edəcəklər. Festival iki yaş qrupu üzrə keçiriləcək. 1-ci qrupa 13 yaşadək, 2-ci qrupa 14-17 yaş arası şagirdlər qatılacaq. Hər iki qrup üzrə iştirakçıların seçimi iki mərhələdən ibarət olmaqla onların dinlənilməsi yolu ilə həyata keçiriləcək. Qeyd edək ki, xüsusi mükafat olaraq festivalın ən yaxşı ifaçısı müəllimi ilə birlikdə Polşa Respublikasının Azərbaycandakı səfirliyinin hesabına Polşanın Poznan şəhərində keçiriləcək F.Şopen adına Beynəlxalq müsabiqədə iştirak etmək hüququ qazanacaq.






Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar