Mayın 11-də 6 saylı Musiqi Məktəbində Mədəniyyət və Turizm Nazirliyi və Polşanın Azərbaycandakı səfirliyinin dəstəyilə gənc pianoçuların dahi polyak bəstəkarı Friderik Şopenin 200 illik yubileyinə həsr olunmuş festivalı açılıb.
   
   Festivalda Bakı şəhər uşaq musiqi və incəsənət məktəblərinin şagirdləri iştirak edirlər. Musiqi bayramı iki yaş qrupu üzrə keçirilir. 1-ci qrupa 13, 2-ci qrupa 14-17 yaşlı pianoçular qatılıb. Hər iki qrup üzrə iştirakçıların seçimi iki mərhələdə keçirilir. Münsiflər heyətinin sədri Polşanın tanınmış pianoçusu, beynəlxalq müsabiqələr laureatı Stanislav Deyadır.
   Festivalın ən yaxşı ifaçısı müəllimi ilə birlikdə Polşanın Azərbaycandakı səfirliyinin hesabına Polşanın Poznan şəhərində keçiriləcək Şopen adına Beynəlxalq müsabiqəyə dəvət olunacaq. Festivala mayın 13-də laureatların konserti ilə yekun vurulacaq.






Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar