Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirilən uşaq muğam ifaçılarının V respublika müsabiqəsinin yekun turu, qaliblərin mükafatlandırılması və onların iştirakı ilə yekun konserti may ayının 17-dən 21-dək Astara şəhərində keçiriləcək.
   Müsabiqənin keçirilməsində məqsəd Azərbaycan musiqi xəzinəsinin nadir incilərindən olan muğamları, xalq mahnıları və təsnifləri şəhər və rayonlarda geniş təbliğ etmək, yeni istedadlı gənc muğam ifaçılarını üzə çıxarmaqdır.
   İki turda keçirilən muğam yarışmasında 12-22 yaşınadək olan ifaçılar iştirak edirlər. Münsiflər Heyətinin tərkibinə xalq artistləri Canəli Əkbərov, Səkinə İsmayılova, Mənsum İbrahimov və Ağaverdi Paşayev, əməkdar artistlər Gülyaz Məmmədova və Gülüstan Əliyeva, Mədəniyyət və Turizm Nazirliyinin Regionlarla iş sektorunun aparıcı məsləhətçisi Oqtay Muxtarov daxildir.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar