Tünzalə Ağayevanın solo konserti bu ad altında gerçəkləşəcək
  
 
   Əməkdar artist Tünzalə Ağayeva mayın 16-da Heydər Əliyev Sarayında "Sülhü qoruyaq" adlı bir günlük solo konsert proqramı ilə çıxış edəcək. Müğənni iki hissədən ibarət olacaq konsert proqramında ümumilikdə 22 mahnı ifa edəcək. Onların arasında müğənninin öz bəstələdiyi mahnılarla yanaşı, yeni aranjmanda olan xalq mahnıları, müəllif mahnıları və 3 xarici mahnı yer alacaq. Hətta xanım müğənni dünya şöhrətli müğənni Maykl Ceksonun xatirəsinə onun mahnılarından birini də ifa edəcək.
   Qeyd edək ki, bəstəkar-müğənni Tünzalə Ağayeva artıq 10 ildən çoxdur ki, peşəkar səhnədədir. 2001- ci ildə "Bakı payızı", 2002 -ci ildə TÜRKSOY müsabiqəsinin laureatı olub. 2003-cü ildə isə Yalta beynəlxalq festivalının Qran-pri mükafatını qazanıb. Bu illər ərzində musiqisevərlərə 5 albom təqdim edən müğənni hazırda 6-cı albomu üzərində işləyir. Onun albom satışları bəzi Avropa ölkələrində də aparılır, bəzi mahnıları Avropada "Şərqin ən gözəl mahnıları" siyahısına salınıb.
   Ötən müddətdə müğənni bir sıra xarici ölkələrdə (Almaniya, Britaniya, ABŞ, Hollandiya, Belçika və s.) konsert proqramları ilə çıxış edib. 
   







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar