Mayın 14-də Litvanın paytaxtı Vilnüsdə Azərbaycanın milli musiqisindən ibarət konsert keçiriləcək. Konsert proqramında Abgül Mirzəliyev, Rəvanə Ərəbova, Ehtiram Hüseynov, Sahib Paşazadə , Toğrul Əsədullayev və Əlipaşa Talıbov çıxış edəcəklər. Litvanın Azərbaycandakı səfiri Kudzmanas Kyastutisinin sözlərinə görə, konsert litvalı musiqisevərlərə Azərbaycanın milli musiqisi ilə tanışlıq imkanı yaradacaq.
   Konsertdə həmçinin Qara Qarayevin “Leyli və Məcnun” və “Don Kixot” əsərləri Litva Milli Simfonik Orkestri tərəfindən dirijor Azad Əliyevin (Azərbaycan Teleradio Şirkətinin simfonik orkestrinin baş dirijoru) müşayiətilə ifa olunacaq. Konsert Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi, Litva Respublikasının Azərbaycandakı səfirliyinin və Beynəlxalq Musiqi Şurasının Azərbaycan Milli Musiqi Komitəsinin dəstəyi ilə reallaşacaq.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar