Mayın 21-23-də M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Akademik Opera və Balet Teatrının solisti, Xalq artisti Nəzakət Teymurova özünün yaratdığı “Xarı bülbül” muğam qrupu ilə birlikdə konsert verəcək.
   Bu barədə məlumat verən N.Teymurova konsertdə muğam ifaçılarının üç nəslinin iştirak edəcəyini bildirib: “Birinci gün muğam müsabiqələrinin iştirakçıları çıxış edəcəklər. İkinci gün orta nəslin, üçüncü gün isə yaşlı nəslin xanəndələrinin ifaları səslənəcək. Hər üç konsert günü muğam ifaçılarını “Xarı bülbül” muğam qrupu müşayiət edəcək”.
   Konsertdə həmçinin N.Teymurovanın ötən il Heydər Əliyev Sarayında təqdim eidiyi “Əzizinəm Qarabağ” konsert proqramı əsasında hazırlanmış audio-video diskinin təqdimatı da keçiriləcək.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar