İyunun 1-də Yaşıl Teatrda “Uşaqların Musiqi Dünyası” adlı uşaq musiqi və incəsənət məktəbləri şagirdlərinin II Bakı Festivalının final konserti təqdim olundu. 1 iyun - Uşaqların Beynəlxalq Müdafiə Gününə həsr olunmuş II Bakı Festivalının final konsertində Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin şəbəkəsinə daxil olan uşaq musiqi və incəsənət məktəblərinin şagird və müəllim kollektivləri çıxış etdilər. Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin təşkil etdiyi festival istedadlı uşaqların yaradıcılıq potensialının dəstəklənməsi və inkişaf etdirilməsi, uşaq estrada yaradıcılığının inkişafına dəstək göstərilməsi, uşaqlar arasında bədii ünsiyyətin yaradılması və yeni istedadların aşkar edilməsi məqsədini daşıyır. 
   






Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar