Mayın 29-da Oslonun “Telenor Arena”sında “Eurovision-2010” mahnı müsabiqəsinin final mərhələsi keçirilib. Yekun mərhələdə finala vəsiqə qazanan 20 ölkə və birbaşa finalda iştirak hüququ qazanmış 5 ölkə çıxış edib. Final konsertində Azərbaycan təmsilçisi Səfurə Əlizadə 1-ci olaraq “Drip drop” mahnısını təqdim edib. O, 3 vokalçı və bir ukraynalı rəqqasla səhnəyə çıxıb. Təmsilçimizin maraqlı və yaddaqalan çıxışı alqışlarla qarşılanıb. Çıxışlar başa çatandan sonra 39 ölkə üzrə səsvermənin nəticələri açıqlanıb.
   Nəticələrə əsasən, 246 bal toplayan Almaniya təmsilçisi Lena 55-ci “Eurovision” müsabiqəsinin qalibi olub. Müsabiqənin 2-si Türkiyə (“MaNga” qrupu) 170, 3-sü Rumıniya 162, 4-sü Danimarka 149, 5-si Azərbaycan 145, 6-sı Belçika 143, 7-si Ermənistan 141, 8-si Yunanıstan 140, 9-su Gürcüstan 136, 10-su Ukrayna 108 bal toplayıb.
   Onu da vurğulamaq yerinə düşər ki, Azərbaycan təmsilçisinin bu müsabiqədə beşinciliyi məhz tamaşaçı səsverməsi nəticəsində qazanıb. Qeyd edək ki, builki müsabiqə qalibi 50 faiz tamaşaçı, 50 faiz isə münsiflərin səsinə əsasən seçilib.






Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar