İyunun 8-də R.Behbudov adına Dövlət Mahnı Teatrında Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı ilə tanınmış tarzən, Əməkdar artist Valeh Rəhimovun 60 illiyinə həsr olunmuş yubiley gecəsi keçirildi.
   
   Tədbirin aparıcısı akademik Vasim Məmmədəliyev sənətkarın yaradıcılıq uğurlarından bəhs edərək sözü Xalq artisti Əlibaba Məmmədova verdi. O, Valeh Rəhimovun tar sənətinə gətirdiyi yaradıcılıq yeniliklərindən söz açdı: “Valeh Rəhimov Azərbaycanın müqtədir sənətkarları Mirzə Mənsur, Əhməd Bakıxanov, Bəhram Mənsurov, xanəndə Hacıbaba Hüseynov kimi böyük sənətkarlardan bəhrələnib. Eyni zamanda, Baba Mirzəyev, Səxavət Məmmədov, Canəli Əkbərov, Səkinə İsmayılova, Qəndab Quliyeva, Alim Qasımov kimi Azərbaycanın bir çox tanınmış xanəndələrini müşayiət edib”.
   Daha sonra tədbirdə Milli Konservatoriyanın rektoru Səyavuş Kərimi, Xalq artisti Səkinə İsmayılova, əməkdar artistlər Simarə İmanova, Teyyub Aslanov, xanəndə Zakir Əliyev və başqaları çıxış edərək yubilyara ən xoş arzularını bildirdilər.
   Onu da qeyd edək ki, Valeh Rəhimov 1976-1979-cu illərdə Əliağa Quliyevin rəhbərliyi ilə Xalq Çalğı Alətləri Ansamblında solist tarzən, 1979-1984-cü illərdə Aqşin Quliyevin rəhbərliyi ilə Xalq Çalğı Alətləri ansamblında konsertmeyster, 1984-1986-cı illər ərzində Əlibaba Məmmədovun rəhbərliyi ilə “Humayun” xalq çalğı alətləri ansamblında solist tarzən kimi fəaliyyət göstərib.  

 Yeganə







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar