Dövlət Akademik Opera və Balet Teatrının solisti, Xalq artisti Nəzakət Teymurova Teymur Göyçayevin rəhbərliyilə Q.Qarayev adına Dövlət Kamera Orkestrinin müşayiətilə yeni mahnı ifa edib. “Həqiqət” adlı mahnının musiqisi bəstəkar Nazim Məmmədov, sözləri Nurlana məxsusdur.
   Bəstəkar Nazim Məmmədov bildirib ki, bu günlərdə Dövlət Filarmoniyasında mahnının səsyazma prosesi başa çatıb. Onun sözlərinə görə, mahnı Arif Məlikovun tələbəsi Ceyhun Allahverdiyevin partiturası ilə lentə alınıb: «Yaxın günlərdə Nəzakət xanımın ifa etdiyi “Həqiqət” mahnısına xüsusi bir peşəkar klip çəkiləcək. 10 gün ərzində dinləyicilər bu mahnını radio dalğalarında dinləyə biləcəklər. Daha sonra klip çəkilişlərinə başlamaq niyyətindəyik”. Bəstəkar deyib ki, mahnı Xalq artistinin növbəti albomunda yer alacaq.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar