Ötən həftə (18 iyun) Dövlət Filarmoniyasında məşhur rusiyalı dirijor Yuri Başmetin qızı, istedadlı pianoçu Kseniya Başmetin çıxışı olub. Kseniya Başmet Ü.Hacıbəyli adına Dövlət Simfonik Orkestrinin müşayiəti və dirijor Elşad Bağırovun rəhbərliyi ilə Bethovenin fortepiano və orkestr üçün əsərini ifa edib.
Konsertdə Dövlət Simfonik Orkestri Elşad Bağırovun dirijorluğu ilə Vaqnerin "Tanqeyzer" operasına uvertüra, Çaykovskinin "Françesko da rimini" simfonik poeması və M.Ravelin "Dafnis və Xloya" baletindən 2-ci süitasını ifa edib. Qeyd edək ki, bu, Kseniya Başmetin Bakıya birinci səfəri deyil. İlk dəfə o, 2004-cü ildə Yuri Başmetin rəhbərliyilə Əməkdar artist Murad Adıgözəlzadə ilə birgə Filarmoniyada çıxış etmişdi.
Kseniya Başmet bir sıra mükafatlara layiq görülüb. 18-ci Beynəlxalq Kamera Musiqisi yarışında Beynəlxalq "Virtuosi 2000", Birinci Taneyev Beynəlxalq Kamera Musiqisi Yarışında " (Kaluqa, 2002) diplomlara, 2004-cü ildə "Triumf Gəncliyi” mükafatının laureatıdır. «Verbier” (İsveçrə), “Tanglewood” (ABŞ), “Elba adaları” (İtaliya), "Dekabr gecələri" (Moscow),"Homecoming" (Moskva), (Moscow) "Ars Longası" və "21-ci Əsrin gənc ulduzları" adlı beynəlxalq festivallarda da iştirak edib.
Nuray