Heydər Əliyev Fondunun dəstəyi ilə Qəbələdəki “Fitnes” İstirahət Mərkəzində keçirilən II Beynəlxalq musiqi festivalı çərçivəsində iyulun 29-da vokal musiqisindən ibarət konsert olub.
Konsertdə Azərbaycanın tanınmış vokalçıları - Əməkdar artist Gülnaz İsmayılova, beynəlxalq müsabiqələr laureatları Fəridə Məmmədova, Cavid Səmədov və Səbinə Əsədova Avropa və rus bəstəkarlarından Çaykovski, Raxmaninov, Motsart, Verdinin ölməz əsərlərini ifa ediblər.
İstedadlı vokalçıları fortepianoda Bakı Musiqi Akademiyasının dosenti, beynəlxalq müsabiqələr laureatı Kəmalə Nemanova müşayiət edib.