“Eurovision-2010” mahnı müsabiqəsində Azərbaycanı təmsil etmiş gənc müğənni Səfurə Əlizadənin Avropa turnesi davam edir. Müğənni İsveçdə işıq üzü görən "It’s my war" (“Bu, mənim müharibəmdir”) albomunun promo-turu çərçivəsində növbəti səfərini Polşaya edəcək. Avqustun 26-da bu ölkədə keçiriləcək Beynəlxalq Yay Festivalında iştirakı gözlənilən gənc müğənni polşalı musiqisevərlər qarşısında çıxış edəcək.
   Ötən həftə Almaniyada keçirilmiş "Festival Mainz" musiqi bayramında iştirak edən Səfurə Əlizadə bu mötəbər festivalda "Bu, mənim müharibəmdir" albomundan səkkiz mahnı ifa edib.