Azərbaycanın Xalq artisti Alim Qasımov növbəti qastrol səfərindən vətənə qayıdıb. Avqustun 15-dən 22-dək davam edən səfər çərçivəsində xanəndə qızı Fərqanə Qasımova ilə birlikdə Almaniyanın Osnabruq şəhərində iki konsert verib.
   Beynəlxalq “Morgenland” musiqi festivalı çərçivəsində keçirilən konsertlərdən birini Osnabruq simfonik orkestri müşayiət edib.
   Konsertdə ifa olunan mahnılar qısa vaxtda buraxılan xüsusi diskdə musiqisevərlərə təqdim olunub.