Avqustun 25-də Sumqayıt şəhərində Dənizkənarı Parkda məşhur amerikan rok qrupu “Brazzaville”nin iştirakı ilə keçiriləcək konsertdə Sumqayıt qrupu da iştirak edəcək. Sumqayıt şəhər Mədəniyyət və Turizm İdarəsindən verilən məlumata görə, təşkilatçılar konsertin daha maraqlı olması məqsədilə tədbirdə yerli rok qrupun - Sumqayıt şəhər Cəfər Cabbarlı adına Mədəniyyət Evində özfəaliyyət kollektivi kimi məşq edən “Qara Dərviş” qrupunun çıxışını da nəzərdə tutublar. “Qara Dərviş” rok qrupunun əsası sumqayıtlı gənclər tərəfindən qoyulub. Mahnılarını Azərbaycan dilində ifa edən qrupun repertuarı Nəsiminin, Füzulinin qəzəlləri əsasında formalaşıb.
   Xatırladaq ki, rok konsert Sumqayıtın Nəsimi adına Mədəniyyət və İstirahət Parkının estrada səhnəsində keçiriləcək. Konsertə giriş pulsuzdur.