Türkiyədə fəaliyyət göstərən musiqiçi Əlixan Səmədov tezliklə tamaşaçılarına maraqlı musiqi diski təqdim edəcək. Hazırda səkkizinci albomunu tamamlamaq üzrə olduğunu deyən sənətkar daha sonra konsert turlarının başlayacağını qeyd etdi.
   Əlixan Səmədov yeni albomunu dünyada dəyişik dillərdə yaymaq niyyətindədir: “Bu albomun bütün dünyada yayılmasını, müxtəlif ölkələrdə dəyişik dillərdə çıxmasını istəyirəm. İstəyirəm albom tərtibatı Azərbaycanda Azərbaycan dilində, Rusiyada rus dilində və başqa müxtəlif ölkələrdə öz dillərində buraxılsın”.