Yaxın zamanlarda respublikamızda daha bir musiqi festivalı keçiriləcək. Oktyabrda keçirilməsi nəzərdə tutulan “Payız Metal” adlı beynəlxalq rok musiqisi festivalı Azərbaycan, Rusiya, Ukrayna, Türkiyə və Gürcüstan musiqi qruplarını bir araya gətirəcək. Qeyd edək ki, iştirakçılar arasında “Fatal Nation”, “Death is Just The Begining” kimi məşhur qruplar yer alacaq. Azərbaycanı bu festivalda “The Midnight” qrupu təmsil edəcək. Festivalın keçiriləcəyi məkan da artıq bəllidir. “Vətən” kinoteatrında keçiriləcək festival xalqların dostluğuna, o cümlədən “Death is Just Beggining” qrupunun yenicə həlak olan bas gitaraçısı Cimə həsr olunacaq. Tədbirin təşkilatçıları isə “Fatal Nation” qrupu və Maksim Tışkeviçdir.