Avqustun 27-dən 31-dək Ukraynanın Krım Muxtar Respublikasının Kezlev şəhərində estrada müğənnilərinin VI Beynəlxalq “Şərq bazarı” televiziya müsabiqə-festivalı keçirilib. TÜRKSOY-un, Türkiyə və Ukraynanın mədəniyyət və turizm nazirliklərinin, dövlət telekanallarının dəstəyi ilə keçirilən tədbir Şərq və Qərb xalqlarının müasir estrada musiqisi sənətini tanıtdırmaq məqsədi daşıyıb. Dünyanın 35 ölkəsindən estrada ifaçılarının qatıldığı tədbir 12 ölkədə televiziya vasitəsilə birbaşa yayımlanıb.
Qara dəniz sahillərində - “Solnışko” əyləncə kompleksində təşkil olunan musiqi forumunda ölkəmizi “Şeron” qrupu təmsil edib.