Heydər Əliyev Sarayında mövsümün ilk konserti sentyabrın 8-də gerçəkləşəcək
      
   Heydər Əliyev Sarayı Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Azərbaycanda analoqu olmayan yeni LED ekran alıb. LED ekranın ölçüsü 50 kvadratmetrdir və keyfiyyətinə görə çox üstündür. Avropadan xüsusi sifarişlə gətirilən yeni ekran səhnənin daha baxımlı, əzəmətli görkəm alması və tamaşaçılara daha yüksək, sivil səviyyədə xidmət göstərmək üçün alınıb. Bu vaxta kimi Avropa kanallarında izlədiyimiz böyük ölçülü LED ekranı bundan sonra Heydər Əliyev Sarayında da izləmək mümkün olacaq.
   
   LED ekrandan ilk dəfə olaraq sentyabrın 8-də sarayda gerçəkləşəcək konsertdə istifadə olunacaq. Həmin gün Heydər Əliyev Sarayının təşkilatçılığı ilə Ramazan bayramına və mövsümün açılışına həsr olunmuş “Bakının payız günləri” konserti keçiriləcək.
   Konsertdə Azərbaycan Dövlət Pantomima Teatrının yaradıcı heyəti, “Rast” qrupu, İlqar Muradov, Tünzalə Ağayeva, Nadir Qafarzadə, İzzət Bağırov, Elnur, Elnarə Xəlilova, Vüqar (meyxanaçı), İlqar Xəyal, “Dəyirman” qrupu, ”Bu şəhərdə”, Lalə Məmmədova, Sevda Yəhyayeva, İlahə İbadova, Emil, Məryəm Şabanova, Dado, Aqşin Tariyeloğlu, Babək Niftəliyev, Ayaz Qasımov , Elcan Rzayev, “Parodiya Şou”, “Jam SS” şou qrupu çıxış edəcək. Konsertin aparıcısı Murad Arifdir.
   
   Mehparə