Müğənni Polşada beynəlxalq festivalda çıxış edib
   
   “Eurovision-2010” mahnı müsabiqəsində Azərbaycanı təmsil etmiş gənc müğənni Səfurə Əlizadənin Avropa turnesi davam edir. Müğənni İsveçdə işıq üzü görən “It’s my war” (“Bu mənim müharibəmdir”) albomunun promo-turu çərçivəsində növbəti səfərini Polşaya edib.
   Avqustun 28-29-da Polşanın Bıdqoş şəhərində keçirilmiş Beynəlxalq Yay Hit Festivalında (İnternational Summer Hit Festival) iştirak edən gənc müğənni polşalı musiqisevərlər qarşısında məşhur “Drip Drop” mahnısını ifa edib.
   Sabrina Vaşinqton (Böyük Britaniya), Velos Culissa (ABŞ), Flandriya (İtaliya), Karina Dalya (Norveç), Velvet (İsveç) Safri Duo (Danimarka) və digər tanınmış ifaçıların qatıldıqları musiqi tədbiri Polşanın TVP2 telekanalı və “Eska” radiosu ilə canlı yayımlanıb.