Bu günlərdə Rusiyanın Baykal vilayətində “NP Budaşkina” adına beynəlxalq musiqi müsabiqəsi keçirilib. Ənənəvi olaraq 1976-cı ildən keçirilən müsabiqədə Rusiya ilə yanaşı Çin, Belarus, Monqolustan, Yaponiya, Azərbaycan musiqiçiləri iştirak ediblər. Müsabiqədə milli musiqi və orkestr musiqisi səsləndirilib.
Azərbaycanı gənc xanəndə, Birinci Respublika Muğam müsabiqəsinin qalibi Babək Niftəliyev təmsil edib. Onu tarda Ədalət Behbudov və kamançada Pərviz Fərhadov müşayiət ediblər.
Müsabiqədə uğurla çıxış edən Babək Niftəliyev muğam, təsnif və xalq mahnılarımızı səsləndirib və laureat adını qazanıb.