“Bakı Gecələri” Estrada Mahnı Festivalı 2008-ci ildən keçirilməyə başlayıb. Bu il üçüncü dəfə keçirilən festivalın əsas məqsədi Azərbaycanda estrada janrında mahnı bəstələyən yaradıcı insanların əməyini qiymətləndirmək və peşəkarlıq səviyyəsini inkişaf etdirməkdir. 
      
   “Bakı gecələri - 2010” Estrada Mahnı Festivalının Təşkilat Komitəsinə 100-ə yaxın mahnı təqdim olunub. Üç konsert proqramından ibarət seçim turunda seçilən 80 mahnı müğənnilərin ifasında təqdim olunub və professional münsiflər heyəti tərəfindən bəstələnmiş mahnıların sözlərinə, oranjemana, ifa tərzinə görə qiymətləndirilib. Birinci konsert tamaşaçılara və münsiflər heyətinə sentyabr ayının 13-də, ikinci konsert oktyabr ayının 11-də, üçüncü konsert isə noyabrın 15-də təqdim edilib.
   İlkin üç mərhələdə yüksək bal toplamış 20 əsər finala - dekabrın 23-də Heydər Əliyev Sarayında keçiriləcək Qala konsertə vəsiqə qazanıblar. Finalda səslənən mahnılar “Oran-Pri” və 4 nominasiya üzrə mükafatlar uğrunda mübarizə aparacaqlar. Qala-konsertdə iştirak edən müğənnilər “Bakı Gecələri Estrada Mahnı Festivalının Laureatı” adına layiq görüləcəklər.
   Onu da qeyd edək ki, budəfəki “Bakı gecələri” festivalının qalibini tamaşaçılar www.baku-art.az saytında “online” səsvermədə iştirak etməklə müəyyən edə bilərlər. Səsvermə dekabrın 22-dək davam edəcək.