Dekabrın 11-də T.Quliyev adına 12 nömrəli və G.Şaroyev adına 35 nömrəli uşaq musiqi məktəblərinin şagirdləri Rüstəm Mustafayev adına Azərbaycan Dövlət İncəsənət Muzeyində birgə konsert proqramı təqdim edəcəklər. 12 nömrəli məktəbin direktoru Gülnarə Səfərova bildirib ki, konsert bu təhsil ocağının 7-ci sinif şagirdi Emin Hüseynovun Rusiyanın Sankt-Peterburq şəhərində keçirilmiş “Gümüş kamerton” müsabiqəsində birinci yerə layiq görülməsi münasibətilə təşkil olunur.
   Tədbirdə Emin Hüseynov və digər şagirdlər Azərbaycan və dünya bəstəkarlarının əsərlərini ifa edəcəklər.